Moldovanın Baş naziri Valeriu Streles etirazçılara bildirib: "hökumət istefa verməyəcək". Baş nazir bu sözləri sentyabrın 10-da Böyük Milli Məclis Şurasının nümayəndələri ilə görüşdə söyləyib.
Moldovanın Baş naziri həmin görüşdə vurğulayıb: "Biz hökumətin istefa verməsi məsələsi istisna olmaqla, etirazçıların bütün tələblərini müzakirə etməyə hazırıq. Əgər siz vətəndaşların problemləri müzakirə etməyə razısınızsa, biz buna hazırıq. Biz birlikdə irəliləmək və insanları problemlərini həll etmək üçün "yol xəritəsi" tərtib etməyə hazırıq.
V.Streles deyib: "Hökumətin istefası vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxara bilər, buna isə heç bir halda yol vermək olmaz".
Baş nazirin müavini Georqe Breqa isə öz növbəsində vurğulayıb: "Meydandakı insanlardan və etirazçıların 20-30 liderinin tələblərindən başqa yüz minlərlə vətəndaş var, onlar sabitlik və normal həyat şəraiti istəyirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB