"WikiLeaks"-ın qurucusu Culian Assanc yeni kitabı "The WikiLeaks Files" adlı kitabında müzakirə doğuran bir çox faktı ortaya qoyub. Bunlardan ən önəmli fakt isə Vaşinqtonun "Ərəb baharı"ndan öncə Əsədlə bağlı hazırladığı plan olub. SİA-nın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Assanc sübut olaraq ABŞ-la Şam arasında 2006-cı ildə baş tutan yazışmaları misal gətirib.
Onun sözlərinə görə, ABŞ əvvəlcə hökumət üzvləri arasında qarışıqlıq salacaq və qorxulu bir vəziyyət yaradacaqdı. Plana görə daha sonra isə şiələr sünnilər qarşı-qarşıya gətiriləcəkdi. Bununla da İran yoxsul sünnilərdən istifadə edərək Misir və Səudiyyə Ərəbistan ilə iş birliyi edəcəkdi.
Assanc qeyd edib ki, Suriyaya zərbə vuran ABŞ-ın əsas məqsədi Şam hökumətinin mübarizəyə qalxması idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB