Rusiyanın NATO-dakı daimi təmsilçiliyinin hazırladığı hesabatda qeyd olunub ki, NATO hərbi qüvvələri Rusiya ilə yaranan problemlə bağlı diqqəti yalnız bu yönə verəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hesabatda bildirilib ki, NATO əvvəllər sadəcə terror təşkilatı olan İŞİD bağlı məsələləri gündəmə gətirir və bununla bağlı planlar hazırlayırdı, lakin 2014-cü ilin ortalarından bu yana təşkilat sadəcə "Rusiya təhdidi"nə qarşı daha çox diqqət ayırmağa başlayıb.
Məlumata görə, təşkilat hərbi qüvvələrinin sayını 2016-cı ildə 13 mindən 30 minə qaldırmağı düşünür. Bu hərbi qüvvələr Rusiya sərhədində yerləşdiriləcək. Artıq Baltik ölkələri, Polşa, Bolqarıstan və Rumıniya ərazisində 6 inkişaf etmiş ölkənin qərargah mərkəzinin qurulması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB