Rusiya müxalifətçisi Boris Nemtsovun qətli ilə bağlı cinayət işi üzrə istintaq qətlin törədilməsinin əsas versiyası olan "siyasi, ideoloji, irqi, milli və ya dini düşmənçilik" motivini qəbul etməyə hazırdır. İnterfax informasiya agentliyi xəbər verir ki, istintaqın versiyası həbs olunan Zaur Dadayev və Anzor Qubaşevin ilkin ifadələrinə əsaslanır. Onlar öz ifadələrində siyasətçini şəxsi nifrətə görə öldürməyə qərar verdiklərini deyiblər. Onların fikrincə, Boris Nemtsov Məhəmməd peyğəmbərin karikaturalarını dərc edən "Charlie Hebdo" jurnalistlərini dəstəkləməklə bütün müsəlmanları təhqir edib.
Bununla yanaşı, istintaq öz işinə ilin sonunadək yekun vurmağı planlaşdırır.
Xatırladaq ki, Rusiya baş nazirinin sabiq müavini, Nijeqorod vilayətinin keçmiş qubernatoru, Yaroslavl vilayət dumasının deputatı Boris Nemtsov bu il fevralın 28-nə keçən gecə Moskvanın mərkəzində, Böyük Moskvoretsk körpüsü üzərində qətlə yetirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB