Qum qasırğaları ucbatından
Misirin MENA agentliyi Qırmızı dəniz limanları üzrə Baş Komitənin nümayəndəsi Əbdülrəhim Mustafaya istinadla xəbər verir ki, Misirin Süveyş əyalətində hava şəraiti ilə əlaqədar dörd liman bağlanıb.
Qeyd edilir ki, qum qasırğaları nəticəsində görünüş pisləşdiyi üçün "Soxna", "Adabiyya", "Zaytiyyat" və "Port Taufik" limanlarında naviqasiya dayandırılıb. Ə.Mustafanın sözlərinə görə, limanların bağlanması haqqında qərar liman işçilərinin və gəmilərin təhlükəsizliyi məqsədilə qəbul edilib və əlverişli hava şəraiti yaranan kimi limanların işi bərpa olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB