Avropa Komissiyasının rəhbəri Jan Kloud Janker Avropa Birliyi ölkələrindəki miqrant böhranından danışarkən, Ukraynadakı vəziyyətin əhəmiyyətinə diqqət çəkib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Avropa Parlamentinin Strasburq şəhərində baş tutan iclasında çıxış edən Kloud bildirib ki, miqrantlara dini inanclarına görə ayrı-seçkilik tətbiq etmək olmaz.
O qeyd edib ki, Suriya və Liviyadakı vəziyyət Ukraynada da baş verə bilər və bununla da Ukraynadan sığınacaq axtaran bir çox insan Avropa ölkələrinə üz tuta bilər: "Bu səbəbdən də miqrantlara dini inanclarına görə fərq qoymamalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB