Polşa Müdafiə Nazirliyi “qızıl qatar”ı axtarır

Polşa Müdafiə Nazirliyi “qızıl qatar”ı axtarır

Polşa Müdafiə Nazirliyi İkinci Dünya müharibəsinin sonlarında "qızıl qatarın" yoxa çıxdığı yerdə kəşfiyyat işləri aparmaq niyyətindədir. "Newsland.ru" saytı xəbər verir ki, kəşfiyyat işlərinə yaxın günlərdə başlanılacaq. Ordu bu işə nə qədər avadanlıq və şəxsi heyət cəlb olunacağını hesablayacaq. Qızıl, incəsənət əsərləri və s. qiymətli əşyalar, silah, arxiv məlumatları daşıdığı ehtimal olunan "qızıl qatar" Breslau qalasından (Vrotslav) gedən yolda sirli şəkildə yoxa çıxıb. Dəfələrlə təxmin edilib ki, bu qatar Aşağı Sileziya dağlarındakı tunellərdən birində gizlədilə bilər.

Bir neçə həftə əvvəl iki nəfər xəzinə "ovçusu" bildirib ki, qatarı tapıblar. Polşa yerli hakimiyyət orqanlarının fikrincə, təqdim edilən georadar şəkilləri qatarın aşkar edildiyini birmənalı şəkildə təsdiq etmir. Buna baxmayaraq, Dolnoşlensk voyevodalığında təhlükəsiz axtarışlara hazırlaşmağa başlayıblar. Qatarın minalanması ehtimalı olduğu üçün hərbi mütəxəssislər cəlb etmək qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə