PKK növbəti terror aktı həyata keçirib

Türkiyədə PKK növbəti terror aktını həyata keçirib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, PKK silahlılarının polisə atdığı raket nəticəsində 1 polis şəhid olub, 2 polis yaralanıb. Hadisə Diyarbəkir vilayətinin Sur rayonundakı Həsirli məhəlləsində baş verib. Şəhid polis və yaralılar əraziyə cəlb edilən təcili yardım maşınları vasitəsi ilə xəstəxanalara çatdırılıb.

Xəstəxanaya çatdırılan polislərdən birinin də vəziyyəti ağır olduğu bildirilir. Türk jandarması vətəndaşların əraziyə giriş və çıxışına qadağa qoyub. Hazırda əməliyyatlar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...