BƏƏ ordusu husitlərin Yəməndəki mövqelərinə zərbələr endirib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) WAM dövlət informasiya agentliyinin verdiyi məlumata görə, BƏƏ silahlı qüvvələri Yəmənin Əl-Bayda əyalətində qiyamçıların mövqelərinə zərbələr endiriblər. Husitlərin Marib əyalətindəki mövqeləri və Mukeyras şəhəri, Sənadakı silah anbarı, habelə Saada əyalətində minalar istehsal edən zavod da zərbələrə məruz qalıb.

BƏƏ silahlı qüvvələrinin ali komandanlığının və ölkənin Xarici İşlər Nazirliyinin məlumatında Yəmənin Marib əyalətində raket atəşləri nəticəsində Əmirliyin 45 hərbi qulluqçusunun həlak olması bildirilir. Şənbə günü BƏƏ-də üç günlük matəm elan olunub.

Xatırladaq ki, Yəməndə bir tərəfdən, ordunun sabiq prezident Əli Abdulla Salehin şiə məzhəbli tərəfdarlarının "Ansar Allah" hərəkatının üzvləri olan qiyamçı husitlərdən ibarət hissəsi ilə onların hakimiyyətdən qovduğu prezident Abd Rabbo Mənsur Hadinin qoşunları arasında silahlı münaqişə davam edir.

Səudiyyə Ərəbistanı başda olmaqla ərəb ölkələri koalisiyası prezident Hadini dəstəkləyir və husitlərin nəzarəti altında olan Yəmən rayonlarına martın 26-dan aviasiya zərbələri endirir.

Bütün xəbərlər Facebook səhifəmizdə