Almaniyada qaçqın sığınacağında yanğın baş verib

Almaniyanın Hessen Federal torpağının Heppenhaym şəhərindəki miqrant sığınacağında yanğın baş verib. "Deutsche Welle" saytı xəbər verir ki, yanğın nəticəsində müxtəlif dərəcəli xəsarət alan 10 nəfər hospitala yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır. Digərlərinin isə dəm qazından zəhərləndiyi bildirilir. Yanğın zamanı pəncərədən atılaraq canlarını qurtaranlar da olub. Bütövlükdə, yanğın baş verən vaxt sığınacaqda 60 mühacirin olduğu bildirilir.

Hadisə yerində tədqiqat aparan Darmştadt şəhər prokurorluğu yanğının qəsdən törədilməsi versiyasını istisna etmir. Hazırda hüquq mühafizə orqanları araşdırmaları davam etdirirlər.

Son vaxtlar qaçqın probleminin kəskinləşdiyi Almaniyada müvəqqəti sığınacaqlar çatışmır. Mühacirlər çadır düşərgələrdə, idman bazalarında, köhnə məktəb və sənaye binalarında məskunlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...