Türkiyəli jurnalist Əli Qarahəsənoğlu HDP nümayəndəsi, nazir Heydər Qönçənin istefa etməsini tələb edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, "Akit" qəzetinin yazı işləri müdiri Əli Qarahəsənoğlu Heydər Qönçənin erməni soyqırımını qəbul etməsi ilə bağlı çıxışına etirazını bildirib. Jurnalist Heydər Qönçəyə "sənə nə var, Erməni soyqırımından, 1915-ci ildə baş verənlərdən?" cavabını verib.
Jurnalist qəzetdə "Qovun, o naziri" başlıqlı məqalə dərc edib.
O, məqalənin sonunda bu sözləri qeyd edib: "Bu gün də daxil olmaqla bölgədə bir çox qətl hadisəsi baş verir. Axı, 100 il bundan əvvəl baş vermiş hadisəni dilə gətirməklə niyə gündəmi dəyişməyə çalışırsız?"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB