Hava limanında tüstülənmə 3 min insan təxliyə olunub

Bu səhər Moskvanın "Domodedovo" hava limanında güclü tüstülənmə səbəbindən təxminən 3 min insan təxliyə olunub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, yanğın ocağı binanın alt mərtəbəsində baqaj bölməsində təxminən 15 kvadrat metr ərazini əhatə edib və hazırda söndürülüb.

Qeyd edək ki, "Domodedovo" - Moskvanın üç böyük ən böyük hava limanlarından biridir. Yanvar-iyul aylarında "Domodedovo" hava limanı 17.41 mln. nəfərə xidmət göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...