Almaniya boksçusu dörd güllə yarası alıb

Almaniya boksçusu Manuel Çarr qarın nahiyəsindən dörd güllə yarası alıb. İnsidentin "facebook"dakı münaqışə səbəbindən baş verdiyi ehtimal edilir. İstifadəçilərdən biri sosial şəbəkədə idmançını təhqir edib və ora M.Çarrın nokautu ilə nəticələnən video yerləşdirib. Bəzi məlumatlara görə, boksçu onunla münaqişə edən Essen şəhərinin sakininə görüşərək münasibətləri aydınlaşdırmağı təklif edib.

Görüşmək üçün şəhər barlarından birinin qarşısına birinə gələn Manuel Çarra avtomobillə yaxınlaşan cinayətkar tərəfindən bir neçə dəfə atəş açılıb. Polis boksçunun neçə güllə yarası aldığıni deməsə də, şahidlər ona dörd atəş açıldığını bildiriblər.

Təcili surətdə əməliyyat olunan Çarrın həyatı üçün hazırda heç bir təhlükə yoxdur. Polis şahidlərin dindirilməsi ilə məşğuldur, cinayətkar isə hələ azadlıqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə