İraqın Anbar vilayətinin məclis spikeri Lid Amaş İŞİD-in Ratbe bölgəsində girov götürdüyü 230 nəfəri azad etdiyini bildirib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, İŞİD tərəfindən girov götürülən vətəndaşlar şəhərdəki elektrik dirəklərinə bağlanaraq təhqir və əziyyətə məruz qalıblar.
Amaş bildirib ki, azad edilən vətəndaşlar bölgədəki xəstəxanalara yerləşdiriliblər.
Onun sözlərinə görə, daha öncə Ratbenin vətəndaşlarından olan Nəzir əl Kubeys adlı şəxs İŞİD terrorçularından bir şəxsi öldürüb. Bununla da təşkilatın üzvləri Kubeysi kəndin ortasında, ailəsinin gözü qarşısında güllələyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB