Qalib idmançılar üçün birdəfəlik ödəmələr nəzərdə tutulub

Moskva hökuməti Bakıda keçirilən birinci Avropa Oyunlarında medal qazanan paytaxt idmançıları, habelə onların məşqçiləri üçün birdəfəlik ödəmələr nəzərdə tutub. Müvafiq qərar Moskva hökumətinin sentyabrın 1-də keçirilən iclasında qəbul edilib.

Rusiya paytaxtı meriyasının mətbuat xidmətindən bildiriblər ki, 61 moskvalı Avropa Oyunlarının qalibi və mükafatçısı olub. Onlar 52 medal, o cümlədən 34 qızıl, 13 gümüş və 5 bürünc medal qazanıblar. Paytaxt idmançılarının Rusiya yığmasının qələbəsinə töhfəsi medalların ümumi sayının 31 faizini təşkil edib.

Qərara görə, çempion adı qazanmış 46 idmançı üçün ödəmənin məbləği hərəyə 300 min rubl (1 ABŞ dolları 64,80 rubl) təşkil edir. Gümüş mükafatın sahibi olan 14 idmançının hər birinə 150 min rubl ödəniləcək, 8 bürünc mükafatçının hər biri isə 100 min rubl alacaq.

Bundan əlavə, 47 məşqçinin hərəsinə hər birinci yer üçün 150 min rubl, 10 məşqçinin hər birinə hər gümüş mükafat üçün 75 min rubl, daha 7 məşqçinin hər birinə hər bürünc mükafat üçün 50 min rubl ödəniləcək.

Ödəmələr büdcənin ehtiyat fondunun vəsaiti hesabına həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...