Almaniyanın "Spiegel" jurnalına müsahibə verən alman diplomat ABŞ-ın 11 sentyabr hadisələri ilə bağlı Əfqanıstana nüvə bombası atacağını bildirib. SİA-nın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, 2003-cü ildə "Əkiz bina"nın partladıldığı zaman Almaniyanın Baş naziri Cerard Şoderin məsləhətçisi olan Maykl Steyner ABŞ-ın əsl reaksiyasını izah edib.
ABŞ-ın Əfqanıstana nüvə bombası atmağa hazırlaşdığını deyən Steyner artıq bunun üçün bütün sənədlərin hazır olduğu və hər bir ehtimalın dəyərləndirildiyini vurğulayıb.
Diplomat bildirib ki, həmin illərdə ABŞ-ın daha böyük reaksiyası verməsindən qorxurduq. Nazir Şoderin "ABŞ-a qeyri-şərtsiz dəstək" şərhini dəstəkləməyən Steyner bu qarşıdurmaların heç bir işə yaramadığını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB