Avstriya 5 min nəfərin öhdəsindən gələ bilmir

Avstriya 5 min nəfərin öhdəsindən gələ bilmir

Ölkələrindəki qarşıdurmalardan və yoxsulluqdan qaçaraq Avstriyaya sığınan 5 min nəfər insanın bu ölkədə sığınma imkanları məhdudlaşdırılır və pis rəftarla qarşı-qarşıya qalırlar. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ölkələrindəki qarşıdurmalar və yoxsulluqdan xilas olmaq üçün minlərlə kilometr yol qət edib Avstriyaya qaçan 5 minə yaxın sığınacaq axtaran insan, bu ölkədə yerləşdirildikləri 2 min 300 yataqlıq qaçqın qəbul mərkəzində dəhşətli şərtlərdə yaşamağa məcbur ediliblər. Bəzi immiqrantlar çadırlarda qalarkən, bəziləri də yataq olmadığı üçün gecəni düşərgənin bağçasında keçirir. Avstriyadakı "Traiskirchen" İmmiqrant Qəbul Mərkəzində qalan insanlar Beynəlxalq Əfv Təşkilatının açıqlamasına görə, həyatlarını ağır şərtlərlə davam etdirirlər. Tutumundan artıq mültəcini qəbul edən düşərgədə addım atılacaq yer qalmayıb.

Rəsmi rəqəmlərə görə, 2 min 300 yataq tutumlu olan düşərgədə təxminən 5 min mültəci qalır. Düşərgədəki bəzi qaçqınlar çadırlarda yaşayır, bəziləri isə kifayət qədər yataq olmadığı üçün gecəni düşərgənin bağçasında keçirir. Gecələr çöldə yatmağa məcbur olan mültəcilər gündüzləri də qəsəbə içindəki parklarda və küçələrdə yaşayır. Ən çox Suriya, İraq, Əfqanıstan və Somalidən gələn qaçqınlar avstriyalılar, kilsə və qeyri-hökumət təşkilatlarından gələn yardımları qəbul edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə