Aralıq dənizində immiqrant faciəsi davam edir

Aralıq dənizində immiqrant faciəsi davam edir

Şənbə günü Liviyada batan gəmidəki 100-dən çox qaçaq immiqrantın itməsi və həlak olması narahatlıq doğurmağa başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Liviya Qanundankənar Miqrasiya İdarəsinin nümayəndəsi Nasir Uneybə, paytaxt Trablus və Əl-Hums şəhərləri arasındakı Əl-Garabulli bölgəsində təxminən 200 nəfəri daşıyan mültəci qayığının şənbə günü gecə saatlarında batdığını deyib. Sahil Təhlükəsizlik və Liviya Qızıl Aypara Cəmiyyətinin Hums sahillərindən 37 cəsəd tapdığını ifadə edən Uneybə, gəmidəki digər immiqrantlardan xəbər alınmadığını qeyd edib. Uneybə son 4 gün ərzində ikinci dəfə immiqrantların mindiyi eyni gəminin batdığını ifadə edərək, bu cür hallara müdaxilə etmək üçün əllərində imkan olmadığını vurğulayıb.

O həmçinin mültəcilərlə bağlı bunları da ifadə edib: "Liviyada qurtarma qrupunun imkanlarında ciddi çatışmazlıqlar var. Biz dövlətə bağlı rəsmi qurum olmaqdan çıxaraq, sanki könüllü kimi çalışırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə