Yəmənin Taiz şəhərində prezident Abdurabbu Mansur Hadi tərəfdarı olan Xalq Müqavimət Qüvvələri (HDG) ilə Husilər arasında çıxan qarşıdurmalarda və Husilərin hücumlarında 38 nəfərin öldürüldüyü bildirilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, HDG sözçüsü Rəşad əş-Şərabi verdiyi açıqlamada qeyd edib ki, Taiz şəhərində Husilərin keçmiş lideri Əli Abdullah Salehin müqavimət qüvvələrinin nəzarətindəki sarayına hücum təşkil edilib, hücumun ardından şiddətli qarşıdurmalar meydana gəlib. Şərabi müqavimət qüvvələrinin hücuma əks cavab verdiyini, hadisədə Husilərdən 33, HDG-dən isə 1 nəfərin həyatını itirdiyini açıqlayıb. Spiker, hər iki tərəfdən onlarla adamın yaralandığını ifadə edib. Digər tərəfdən yerli qaynaqların verdiyi məlumata görə, Husilərin Taizdə vətəndaşların məskunlaşdığı yerlərə təşkil etdiyi hücumlarda aralarında bir qadın olmaqla 4 nəfərin öldüyü açıqlanıb.
Qeyd edək ki, uzun müddətdir ki, siyasi qeyri-sabitliyin yaşandığı Yəməndə Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələri mart ayından etibarən ölkədə rəhbərliyə bağlı birliklərə qarşı çıxan Husilərin irəliləyişini dayandırmaq üçün əməliyyata start vermişdi. Husilər ilə rəhbərlik tərəfdarı qruplar arasındakı qarşıdurmalar hazırda müxtəlif şəhərlərdə davam edir. Husilər tez-tez qeyri-yaşayış yerlərinə hücumlar təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB