Türkiyədə Terrorla Mübarizə Qanunu çərçivəsində cinayəti törədən şəxslərin tutulmasında köməkçi olanlara, onların yerlərini və ya şəxsiyyətlərini bildirənlərə pul mükafatı veriləcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, pul mükafatı verilməsi ilə bağlı Daxili İşlər Nazirliyi rəsmi elan verib. Cinayət törədənlərin yaxalanmasında fəaliyyəti artırmaq üçün, cinayətdə əli olmayan şəxslər cinayətkarın yerini və ya adını dedikləri halda qanunla pul mükafatı əldə edəcəklər. Veriləcək pul mükafatının məbləğini və əsaslarını mükafatı təşkil edən qurumun özü təyin edəcək. Qanuna görə, pul mükafatı vermək üçün cinayət 3713 saylı qanun çərçivəsində baş verməli, verilən məlumatın cinayətin işıqlandırılması və ya cinayəti törədən şəxsin müəyyən edilməsinə dəstək verməsi kimi xüsusiyyətlərə sahib olmalıdır. Mükafatlandırılacaq şəxsin cinayətin törədilməsində rolu olmamalıdır. Müvəqqəti kənd mühafizəçiləri xaric, hüquq-mühafizə, hərbi personal və ya terrorla mübarizə ilə vəzifələndirilən şəxslər mükafata daxil edilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB