Almaniya Silahlı Qüvvələri ilə İsrail ordusunun əməkdaşlıq edəcəyi bildirilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Welt am Sonntag" qəzetində yerləşdirilən xəbərə görə, oktyabr ayında alman ordusundan 110 əsgər İsrailin Tseelim şəhərinə gedərək burada İsrail Müdafiə Qüvvələrindən terrorla mübarizə mövzusunda təhsil alacaq. Müdafiə Nazirliyinin də təsdiq etdiyi xəbərdə, Alman əsgərlərinin 3 həftə ərzində Tseelim şəhərindəki "Şəhər Döyüşü Təhsil Mərkəzi" adlı obyektin girovluqdan qurtarılması əməliyyatları ilə birlikdə tunellərdə də əməliyyat təhsili alacağı ifadə edilib. Təhsil düşərgəsində xüsusi olaraq məscid, xəstəxana, mənzillər və qəbiristanlıq qurulub. Əsgərlərin burada təhsil alacaqları ifadə edilib. İsrailli hərbi mütəxəssislərin isə dekabr ayında Almaniyaya gələrək "Fiziki Tədbir Proqramı"nı təqdim edəcəyi qeyd edilib. Alman ordusu İsraildə olan eyni döyüş təhsil mərkəzini Magdeburg şəhəri yaxınlığındakı Colbitz Letzlinger Heide diyarında tikməyi planlaşdırır. Təhsil mərkəzinin 2017-ci ildə açılması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB