Miqrantları daşıyan gəmi batıb

Miqrantları daşıyan gəmi batıb

Avqustun 30-da miqrantları daşıyan gəminin Liviya sahillərində batması nəticəsində ən azı 7 nəfər həyatını itirib. TASS informasiya agentliyi xəbər verir ki, əldə edilən məlumatlara əsasən həlak olan 7 miqrantın cəsədi Əl-Xums şəhəri yaxınlığında aşkar edilib. Gəmidə ümumilikdə neçə nəfərin olduğu barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, bu ilin 8 ayı ərzində Avropaya yollanan 300 mindən çox miqrantdan 2500-ü həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə