London səmasında hovuz

Londonda dünyada ilk dəfə olaraq səmada-binalar üzərində hovuz tikiləcək. "Arxinovosti" saytı xəbər verir ki, "HAL architects" memarlıq studiyasının layihəsi ilə hazırlanan hovuzun uzunluğu 27 metr, dibi isə şüşədən olacaq. Hovuz iki binanı sanki bir-birinə birləşdirəcək. Binalar arasındakı məsafəni üzməklə də qət etmək mümkün olacaq.

"HAL architects" studiyası möhkəm konstruksiya istehsalı və qeyri-adi mühəndis həlləri ilə tanınır. Bina damlarının üstündə idman zalı və bar fəaliyyət göstərəcək.

Hovuzun tikintisinə 2015-ci ilin sonunda başlanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə