Türkiyənin hərbi hava qüvvələri ilk dəfə İŞİD-ə qarşı raket zərbələri endirib. Türkiyə təyyarələri ilk dəfə avqustun 28-də başda Amerika Birləşmiş Ştatları olmaqla İŞİD-ə qarşı beynəlxalq koalisiya hərbi hava hücumu əməliyyat keçirib. Türkiyə Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, təyyarələr İŞİD terorçularının hədəflərinə qarşı hərbi koalisiya hava əməliyyatlarına başlayıb.
Daha əvvəl bildirilirdi ki,Ankara və Vaşinqton arasınada Suriya Türkiyə sərhəddində gedən genişmiqyaslı hava əməliyyatı üzrə texniki hazırlıqlar yekunlaşıb. Pentaqon rəsmisi Piter Kuk təsdiqləyib ki, tərəflər Türkiyə Suriya sərhəddində Türkiyənin tam iştrakı ilə bağlı texniki məsələrin müzakirəsini yekunlaşdırıblar. Türk Silahlı Qüvvələri İŞİD-in Şimali Suriyadakı mövqelərini və PKK-nın İraqın Şimalındakı, Türkiyənin cənub-şərqindəki mövqelərinə hücum ediblər.
Hücumlar Türkiyə ilə sərhəd ərazidə F-16 qırıcıları ilə həmçinin tanklar, artileriya vasitəsi ilə aparılırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB