Vitali Kliçko “Solidarnost” bloku”na başçılıq edəcək

Vitali Kliçko “Solidarnost” bloku”na başçılıq edəcək

Kiyev şəhərinin meri Vitali Kliçko "Pyotr Poroşenkonun "Solidarnost" bloku" partiyasının (BPP) sədri vəzifəsinə təyin edilib. Ukrinform agentliyi xəbər verir ki, müvafiq qərar bu gün "BPP" partiyasının qurultayında qəbul edilib.

"BPP" partiyasının üzvləri Yuri Lutsenkonu partiyanın rəhbəri vəzifəsindən azad edib və V.Kliçkonu yeni sədr təyin ediblər.

Vitali Kliçkonun bu vəzifəyə namizədliyini Ukrayna parlamentində "BPP" fraksiyasının rəhbəri Y.Lutsenko təklif edib.

"BPP" "Solidarnost" partiyası bugünkü qurultayda Vitali Kliçko da daxil olmaqla "UDAR" partiyasının 19 üzvünü öz heyətinə qəbul etməyi qərara alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə