Türkiyə antiterror əməliyyatlarını davam etdirir

Türkiyə antiterror əməliyyatlarını davam etdirir

Türkiyə özünü "İraq Şam İslam Dövləti" (İŞİD) adlandıran terrorçu qruplaşmaya qarşı antiterror əməliyyatlarını davam etdirir. Yerli mətbuatın məlumatına görə, bu istiqamətdə həyata keçirilən əməliyyatlar çərçivəsində Gaziantəp bölgəsində İŞİD-ə qoşulmaq üçün bu ölkədən qanunsuz yolla Suriya ərazisinə keçməyə cəhd göstərən 17 nəfər həbs olunub. Həbs olunanlardan 14 nəfəri xarici ölkə vətəndaşıdır. Onların Türkiyə ərazisindən öz ölkələrinə deportasiya olunacaqları gözlənilir.

Rəsmi informasiya mənbələrinin məlumatına görə, bu vaxtadək Türkiyə ərazisində İŞİD-ə qoşulmaq cəhdində şübhəli bilinərək saxlanılanların ümumi sayı 16 min nəfəri keçib. 18 ölkəni təmsil edən bu şəxslər aidiyyəti üzrə öz dövlətlərinə təhvil veriliblər. Bildirilir ki, əksər hallarda həmin şəxslər, xüsusilə Avropa ölkələrində qanun qarşısında məsuliyyətə cəlb edilməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə