Avstriyada faciə 71 ölü

Avstriyanın Burgerland əyalətində şosedə tərk edilmiş yük maşını aşkar edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, aşkar edilən yük maşınında Suriya vətəndaşlarının olduğu təxmin edilən 71 adamın cəsədə rastlanıb. Burgerland polis rəisi Hans Peter Dokozi verdiyi açıqlamasında, Avstriyanın Slovakiya və Macarıstan sərhədinə yaxın Burgerland əyalətində şosedə tərk edilmiş yük maşınında olan cəsədlərin sayının 71 olduğunu ifadə edib. Dokozi, maşında olan sənədlərin bu şəxslərin Suriya vətəndaşı olduqlarını göstərdiyini deyib. O həmçinin qeyd edib ki, ölənlərin 4-ü uşaq, 8-i isə qadındır. Yük maşınını buraxıb qaçan 3 şübhəli Macarıstan polisi tərəfindən yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə