Qədim Ellada qaçqınlar və emiqrantlar probleminə görə narahatdır
Yunanıstan Avropa İttifaqından emiqrantlar və qaçqınların problemləri ilə bağlı təcili sammitin keçirilməsini təkid edir. "Katemerini" qəzetinin məlumatına əsasən, Yunanıstan prezidenti Prokopis Pavlopulos bildirib ki, Avropa İttifaqı bu məsələdə qəti qərar qəbul etməlidir və bunun üçün sammitin keçirilməsi vacibdir. BMT-nin qaçqınların işləri üzrə ali komissarlığının hesabatında yer alan rəqəmlərə əsasən, 300 min adam bu il Aralıq dənizini keçib. Bunlardan 181 min 500 nəfəri Yunanıstana 108 min 500 nəfəri isə İtaliyaya çatıb. Yalnız son günlərdə 10 min nəfər Yunanıstandan Makedoniyaya üz tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB