Avqustun 27-də Moldova Respublikası müstəqillyinin elan olunmasının 24-cü ildönümünü qeyd edir. MOLDPRESS agentliyi xəbər verir ki, bayram tədbirləri Moldova dövlətinin banisi Böyük Ştefanın abidəsi önünə və "Əbədiyyət" xatirə kompleksinə tər çiçəklər qoyulması mərasimi ilə başlanıb. Böyük Milli Məclis meydanında milli kostyum paradı keçiriləcək.
Rəsmi hissədən sonra bayram proqramı çoxsaylı tədbirlərlə davam edəcək, o cümlədən xalq sənətkarlarının milli yarmarkası və Moldova artistlərinin iştirakı ilə konsert olacaq.
Atəşfəşanlıq və "Lăutarii" milli xalq musiqisi orkestrinin konserti proqramın kulminasiya nöqtəsi olacaq.
Bu gün bütün Moldovada Müstəqillik Günü münasibətilə bayram tədbirləri keçiriləcək.
Kişineuda təşkil edilən təntənəli tədbirlərdə Rumıniyanın baş naziri Viktor Ponta da iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB