Fransanın müqavilə əsasında Rusiyaya təslim etmədiyi Mistral tipli döyüş gəmiləri üçün 900 milyon avro ödəyib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiyada təşkil edilən Beynəlxalq Aviasiya və Kosmik Sərgisi "MAKS-2015"-ə qatılan Rusiya Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin nümayəndəsi mətbuat üçün verdiyi açıqlamasında, Fransanın ödədiyi 900 milyon avronun bir sıra hərbi işlərə yatırılacağını bildirib. Ödənilən təzminat K-52K helikopterlərinin inkişaf etdirilməsi işlərinə və Vladivostok Limanına Mistral tipi gəmilərin yanaşması üçün inşa edilən doklara xərclənəcək. Fransa istehsal etdiyi Mistral gəmilərini üçüncü ölkəyə yenidən satmaq üçün Rusiyanın icazəsini almalıdır.
Qeyd edək ki, Rusiya dövlət başçısı Vladimir Putin və Fransa prezidenti François Hollande ilə Avqustun 5-də telefon danışığı zamanı 2011-ci ildə iki ölkə arasında imzalanan və 2 Mistral döyüş gəmisinin təslimatını nəzərdə tutan müqaviləni qarşılıqlı razılaşma ilə sona çatdırmışdı. Fransa isə Ukrayna böhranını əsas göstərərək gəmilərin Rusiyaya təslimatını təxirə salmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB