İsveçdən suriyalı qaçqınlara yaşıl işıq

İsveçdən suriyalı qaçqınlara yaşıl işıq

İsveç hökuməti suriyalı mültəcilərə qarşı Dublin Konvensiyasına uyğun hərəkət edəcəyini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İsveç miqrasiya naziri Morgan Johanson Dublin Konvensiyasına əməl edəcəklərini və konvensiyada gələcəyə yönəlik uzunmüddətli dəyişiklik etmək istədiklərini ifadə edib. Almaniyanın Dublin Konvensiyasını təxirə salaraq suriyalı qaçqınlardan üz çevirməsindən sonra gözlər Avropa İttifaqında immiqrant axınının ən çox yaşandığı İsveçə çevrilmişdi. İsveç miqrasiya naziri Morgan Johanson mövzu ilə əlaqədar olaraq İsveç rəsmi xəbər agentliyi TT-yə verdiyi açıqlamasında qeyd edib ki, Dublin Konvensiyasının tətbiqinə davam ediləcək, ancaq İsveç hökuməti müqavilədə uzunmüddətli dəyişiklik edilməsini müzakirə etmək istəyir. Mültəcilərin Avropa İttifaqına üzv olan bütün ölkələrə bərabər şəkildə dağılmasının vacib olduğunu vurğulayan Johanson, İsveç və Almaniyanın ən çox sığınacaq axtaran şəxsləri qəbul edən ölkələr olduğunu və bu vəziyyətin digər ittifaq ölkələri tərəfindən tarazlanmasının vacib olduğunu ifadə edib. Avropa İttifaqında suriyalı mültəcilərin ən çox sığınacaq axtardığı ikinci ölkə olan İsveç, döyüş bitənə qədər mültəcilərin ölkəsində qala biləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə