Kobani Kantonu Xarici İşlər nazirinin müavini İdris Nassa İŞİD-in Kobani şəhərində 30 kürd vətəndaşı girov götürdüyünü bildirib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, o deyib ki, iki gün əvvəl İŞİD gecə saatlarında Kolan kəndinə ağır silahlarla basqın edərək vətəndaşları döyüb və 30 nəfər kürd vətəndaşı girov götürüb.
Nassa bildirib ki, girov götürülən şəxslərin hara aparıldığı haqda heç bir məlumat yoxdur. Onun sözlərinə görə hazırda bölgədə təhlükəsizlik tədbirləri aparılır.
Qeyd edək ki, İŞİD iyun ayında da Kobaniya basqın edib. Nəticədə 234 vətəndaş qətlə yetirilmiş, yüzlərlə insan isə yaralanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB