Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, Konyadan olan millət vəkili, baş nazir Əhməd Davudoğluna müvəqqəti hökumət qurmağı tapşırıb. Prezident Administrasiyasında baş tutan qapalı görüş bir saat yarım çəkib.
Prezident həmçinin seçkilərdən sonra istefa edən və yeni hökumət qurulana qədər vəzifəyə davamı etməsi istənilmiş və Konstitusiyanın 114-cü maddəsi ilə vəzifəsindən uzaqlaşmış Nazirlər Kabinetinin, müvəqqəti Kabinet qurulana qədər vəzifəsinə davam etməsini istəyib.
Qeyd edək ki, mandatı aldıqdan sonra Əhməd Davudoğlu 5 gün ərzində hökumət qurmalıdır. Müvəqqəti hökumət parlamentdə səsvermə ilə təsdiqlənmir. Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası növbədənkənar seçkiyədək ölkəni idarə edəcək hökumətdə təmsil olunmayacaqlarını əvvəldən bəyan edib. Ona görə də müvəqqəti hökumətin AKP, Xalqların Demokratik Partiyası və tərəfsiz millət vəkillrindən qurulacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB