Razılaşma əldə edilib

Cənubi Koreya və Şimali Koreya dövlət nümayəndələrinin son günlərdə yarımadada artan gərginliyin azaldılması üçün başlatdıqları danışıqları nəticə verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, aparılan danışıqlardan sonra razılaşma əldə edilib. Cənubi Koreya mətbuatı aparılan danışıqların sülh ilə başa çatdığını qeyd edir. Cənubi Koreya dövlət başçısının Milli Təhlükəsizlik müşaviri Kim Kvan-jin verdiyi açıqlamasında bildirib ki, Şimali Koreya rəhbərliyi bomba partlaması nəticəsində 2 Cənubi Koreya əsgərinin yaralanması ilə bağlı kədərləndiklərini ifadə edib. O həmçinin söyləyib ki, Şimali Koreya rəhbəri ölkəsində Cənubi Koreya ilə bağlı əks təbliğat nəşrini də dayandıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə