Quşadası limanında içərisində 4 nəfər olan yaxtada yanğın baş verib. Quşadası Sahil Təhlükəsizlik qrupu və Quşadası limanının idarəçisi olan Egeports şirkətinin müdaxiləsi nəticəsində 1 nəfər yüngül xəsarətlə, qalan 3 nəfər isə xəsarətsiz xilas olub. Yanğının içərisində 1500-ə yaxın turist olan "P&Q Cruises" adlı gəmiyə sıçraması təhlükəsi isə hər kəsə qorxu yaşadıb.
Yanğın nəticəsində yaxta tamamilə istifadəyə yararsız hala gəlib və söndürüldükdən sonra batıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB