Macarıstan mültəci axınının qarşısını almaq üçün Serbiya ilə olan sərhədini tel hörgü ilə bağlamağa davam edir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Macarıstan Daxili İşlər Nazirliyindən yayılan açıqlamada, qanunsuz köçün qarşısını almaq məqsədilə Serbiya ilə sərhədə 17 İyunda istehsalına başlanılan tel hörgü çəkmə əməliyyatının öncədən planlaşdırıldığı şəkildə davam etdiyi ifadə edilib: "Macarıstanın dövlət sərhədinin 31 Avqusta qədər texniki sistemlə bağlanılmasına heçnə mane ola bilməz".
Macarıstan Baş naziri Viktor Orbanın xüsusi köməkçisi Janos Lazar qeyri-qanuni köçün qarşısını almaq üçün tel hörgünün istehsalı ilə yanaşı polis təşkilatı daxilində sərhəd qoruma bölüklərinin də yaradılacağını açıqlayıb. 2012-ci ildə 2 min insanın sığınmaq üçün müraciət etdiyi Macarıstanda bu rəqəm 2015-ci ilin Avqust ayının əvvəllərindən etibarən 110 minə çatıb. Bu ilin sonunda isə ölkəyə gələcək qeyri-qanuni immiqrant sayının 300 mini keçəcəyi ifadə edilir.
Qeyd edək ki, Macarıstan hökuməti bu il 17 iyunda tarixində qeyri-qanuni köçün qarşısını almaq üçün Serbiya ilə sərhədini 3 metr yüksəklikdə, 175 kilometr uzunluğunda məftil hörgü ilə bağlama qərarını vermişdi. Digər sərhəd ölkələrlə də buna bənzər bir təhlükə olduğu halda eyni planın tətbiq ediləcəyi ifadə olunur. Qərbi Avropa ölkələrinə çatmaq xəyalı ilə Macarıstana hər gün təxminən min 500 insan qeyri-qanuni yollarla daxil olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB