Livanın paytaxtı Beyrutda, "sui-istifadə" və "zibil" böhranı böyüyür. SİA-nın məlumatına görə, hakimiyyətdə olanların sui-istifadə hallarına və zibilliklərin təmizlənmədiyinə etiraz edən xalq hökumət əleyhinə etiraz aksiyaları keçirir. Etiraz aksiyası ikinci gündür ki, davam edir. Paytaxtda yerləşən Riyad əs-Sülh Meydanında toplanan minlərlə insan, vətəndaşların gündəlik həyatına mənfi təsir edən problemlərin həll edilməməsi ilə bağlı hökumətə qarşı etirazlarını bildirir. Beyrutda dünən başlayan nümayişləri bu gün də davam etdirən etirazçılar atılan siyasi addımları qınayaraq hökumətə istefa çağırışı edib. Hökumət nümayəndələrinə səslənən nümayişçilər "xalq rejimin yıxılmasını istəyir" şəklində şüarlar səsləndiriblər. Təhlükəsizlik qüvvələri ətrafda təhlükəsizlik tədbirlərini artırıb, buna etiraz edən nümayişçilər təhlükəsizlik qüvvələri ilə toqquşub. Tikanlı məftillərlə qurulan barrikadaları aşmağa çalışan və daş atan nümayişçilərə qarşı təhlükəsizlik qüvvələri göz yaşardan qaz və təzyiqli su ilə müdaxilə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB