Yanğınlar ölkəni bürüdü minlərlə insan evakuasiya edildi

Yanğınlar ölkəni bürüdü minlərlə insan evakuasiya edildi

ABŞ-ın Vaşinqton, Oreqon, Kaliforniya, Idaho və Montana əyalətlərində ötən həftədən davam edən meşə yanğınları ilə əlaqədar minlərlə insan evakuasiya edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın qərb əyalətlərində ötən həftədən bəri davam edən meşə yanğınları bəzi bölgələrdə təsirini artırmaqda davam edir. Xilasetmə qüvvələri yanğınların şiddətli şəkildə davam etdiyini, nəzarətə alınmayan 16 yanğın hadisəsinin olduğunu açıqlayıb. Bu yanğınların 2 min 383 kvadrat kilometrlik sahəni bürüdüyü deyilir.

Qeyd edək ki, yanğınlar zamanı 3 xilasedic həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə