Partlayışda ölənlərin sayı 121 nəfərə çatdı

Partlayışda ölənlərin sayı 121 nəfərə çatdı

12 avqustda Çinin Tyantszin şəhərin baş vermiş partlayışda ölənlərin sayı ilə bağlı yeni rəqəm açıqlanıb. Anbarın partlaması zamanı 121 adam ölüb, onlardan 119 nəfərin kimliyi müəyyən edilib. Ekoloqlar bildirilər ki, partlayışların ardında təhlükəli kimyəvi maddələrin havaya sızıntısı davam edir. Yağış yağacağı təqdirdə kimyəvi tullantılar insanlar su içdiyi çaylara axacaq. Zərərli maddələrin Çindən kənarda da yayılma təhlükəsi var.

Xatırladaq ki, 12 avqustda dəniz limanının anbarında baş verən seriya partlayışlar zamanı 2 km uzaqlıqda yerləşən evlərin şüşələri çilik-şilik olmuş, mindən çox avtomobil yanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə