Avstriyada 14 uşaq itgin düşüb

Avstriyada 14 uşaq itgin düşüb

Avstriyada qaçqın qəbulu mərkəzində yaşayan 37 uşaqdan 14-ü hələ tapılmır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Avstriya Dövlət Televiziyası ORF-də yayımlanan xəbərə görə, "Traiskirchen" Mühacir Düşərgəsində yaşayan və bu gün Vyanaya gətirilməsi planlaşdırılan 37 mültəci uşaqdan 14-nün hələ də tapılmadığı bildirilib. İtən uşaqların 14 yaşdan aşağı olduğu vurğulanıb. Vyana Mühacir koordinatoru Peter Haker döyüşdən qaçan travmalı insanlara kömək edilmədiyini ifadə edərək sözlərinə belə davam edib: "Bu "Traiskirchen" qaçqın kampındaki uşaqlar və Avstriya rəhbərliyi üçün böyük bir faciədir. Bunun məsuliyyətini daşıyanlar cəzalandırılmalıdır. Vəziyyət belə davam edə bilməz".

Qeyd edək ki, Daxili İşlər Nazirliyi isə, itkin düşən uşaqlardan xəbərdar olduqlarını, nəzarətin və təhlükəsizliyin təmin edildiyini ifadə edib. Beynəlxalq Əfv Təşkilatı keçən həftə açıqladığı hesabatında, Avstriyanın ölkəsinə yerləşən qaçqınları "insanlıqdan kənar şərtlərdə saxladığını" açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə