Həftənin cümə günü Amsterdam-Paris sürət qatarında terror aktı törətməyə cəhd edənin kimliyi müəyyənləşdirilib. SİA "BFM" telekanalına istinadən bildirir ki, həmin şəxsin adı və soyadı Əyyub əl-Qəzzanidir. Telakanaldan bildirilir ki, məlumatlı mənbələr bunu polis idarəsində qeyd ediblər. Bəlli olub ki, tutulan şəxsin 26 yaşı var və o İspaniyada yaşayan mərakeşlidir. O tutularkən, üzərindən bir neçə avtomatik silah, həmin silahlara aid olan vasitələr və qumbaralar tapılıb. Qəzzaninin adı həmçinin Fransanın xüsusi xidmət orqanlalrının məlumat bazasında yerləşdirilib. Onun radikal islamçıların təsiri altında olduğu bildirilir. Eyni zamanda onun dəfələrlə Suriyada olması ilə yanaşı, İspaniyada radikal missionerlərlə birgə radikal dinçi təbliğat aparması da məlumatlar sırasındadır.
KİV-lər isə yazır ki, Qəzzani marşutu müəyyən edilmiş "Thalys" sürət qatarında odlu silahdan atəş açıb və soyuq silahdan da istifadə etməklə iki nəfəri yaralamağa imkan tapıb. Yaralılardan biri kritik vəziyyətdə xəstəxanaya çatdırılaraq, reanimasiya şöbəsinə yerləşdirilir.
Qeyd edilir ki, onun zərərsizləşdirilməsində həmin vaxt təsadüfən qatarda olan iki amerikalı hərbçinin rolu olub. Cinayətkar zərərsizləşdirildikdən sonra Fransanın Şimalında yerləşən Arras şəhərinin polisinə təhvil verilib.
"İki amerikalı vətəndaşın hadisəyə zamanında müdaxiləsi dəhşətli dramın baş verməsinin qarşısını alıb". Bu fikirləri dərhal hadisə yerinə getmiş Frnsanın daxili işlər naziri Bernar Kaznev deyib. Nazir hadisə zamanı tanınmış fransız aktyor, 1990-cı ildə "Nikita", 1994-cü ildə isə"Şahzadə Marqo" filmlərində baş rollardan birini ifaçısı olmuş Jan-Yuq Anqlandın da xəsarət aldığını təsdiqləyib. "O, qatarda "ekstremal vəziyyət" düyməsini basmaq üçün, şüşəni sındırıb və nəticədə əlini yaralayıb"-deyə nazir qeyd edib.
İstintaqdan isə bildirilir ki, ekspress qatarın bütün sərnişinləri dindirilib və onların yük baqajları polis tərəfindən diqqətlə nəzarətdən keçirdilib.
Hazırda ekstremistin Aars şəhərində fəaliyyət göstərən və gecə boyu sorğu-sual edildiyi polis binasının komissarlıq təcridxanasında saxlanıldığı qeyd olunub. Yaxın günlərdə onun mənzil qərargahı Parisdə yerləşən daxili təhlükəsizlik idarəsinə kömürüləcəyi gözlənilir. Fransa qanunvericiliyinə görə o, 96 saat həbsdə saxlanıla bilər və bundan sonra həmin şəxsə qarşı rəsmi ittiham irəli sürüləcək.
Lakin hadisənin maraqlı cəhətlərindən biri də Fransanın daxili işlər naziri Bernar Kaznevlə Belçikanın baş naziri Şarl Mişelin sözlərinin çəp gəlməsidir. Belə ki, fransalı nazirin fikrincə, hadisəni tam olaraq terror olayı kimi təqdim etmək olmaz. Yalnız cinayətkarın istintaqın fikrindən, cinayətin motivi öyrənildikdən sonra hadisənin terror hadisəsi olmasını, ya da olmamasını bildirnək mümkündür.
Belçikalı baş nazir isə deyib ki, hadisə məhz terror hadisəsidir. Belçika xüsusi xidmət orqanlarının gəldiyi qənaətə görə, cinayətkar sürət qatarına Brüsseldə minib.
Bu arada Belçikanın baş naziri Çarl Mişel və Fransanın prezidenti Fransua Olland iki ölkənin xüsusi xidmət orqanlarının birgə əməkdaşlığı üçün razılığa gəliblər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB