Səudiyyə Ərəbistanı ilə Yəmən sərhədindəki Cazan bölgəsində Yəməndə müharibə aparan koalisiya qüvvələrinə aid vertolyotun düşməsi nəticəsində iki pilot həyatını itirib. SİA-nın məlumatına görə, Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi SPA-nın yaydığı məlumatda deyilir ki, "Koalisiya Qüvvələri Komandanlığının pilotları Ali bin Məhəmməd əl-Karni və Nasir bin Məhəmməd əl-Harsi ölkə sərhədlərini təcavüzkar isyançılardan qoruyarkən vəzifəsini yerinə yetirdiyi bir vaxtda Caza şəhid olub. Onlar içində olduqları Apaçi tipli vertolyotun qəzaya uğraması nəticəsində həyatını itiriblər".
Qeyd edək ki, açıqlamada vertolyotun qəzaya uğraması səbəbinin araşdırıldığı ifadə edilib. Koalisiya qüvvələri, Yəməndəki əməliyyatlara başlanılmasından bu yana ilk dəfədir ki, bir vertolyotun düşməsini və pilotlarının ölümünü açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB