Türkiyə şəhid verməyə davam edir PKK dayanmır

Türkiyə şəhid verməyə davam edir PKK dayanmır

PKK terrorçuları Türkiyənin Şirnak vilayətinin Ayvalık kəndində yerləşən polis bölməsinə hücum ediblər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, atışmada yüzbaşı Ali Alkan şəhid olub.

Dünən bizim saatla 23:30 radələrində baş verən atışmada qarşı tərəf cavab atəşi ilə susdurulub. Atışmada 3 əsgər yaralanıb. Xəstəxanaya yerləşdirilən əsgərlərdən yüzbaşı Ali Alkan dünyasını dəyişib. Digər 2 əsgərin həyati təhlükəsi davam edir.

Hazırda bölgədə axtarış əməliyyatı davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə