Səudiyyə Ərəbistanından qadınlara ilk dəfə “seçmə və seçilmə haqqı”

Səudiyyə Ərəbistanından qadınlara ilk dəfə “seçmə və seçilmə haqqı”

Səudiyyə Ərəbistanlı qadınların ilk dəfə həm namizəd, həm də seçici olaraq 12 dekabr 2015-ci ilə keçiriləcək bələdiyyə seçkilərinə qatıla biləcək. SİA-nın məlumatına görə, Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi SPA-da yer alan xəbərə görə, ölkədə qadınlar da dekabr ayındakı seçkilərdə səsvermə hüququna sahib ola biləcəklər. Sabah başlayacaq seçicilərin qeydiyyatı əməliyyatlarının qadınlar üçün təyin olunacaq sərbəst mərkəzlərdə aparılacağı ifadə edilib. Bələdiyyə Seçkiləri Ümumi Komitəsinin rəsmi internet səhifəsində yerləşdirilən açıqlamada, Səudiyyə Ərəbistanı daxilində 1163 olan seçki mərkəzlərinin 424-nün qadınlara həvalə ediləcəyi qeyd edilib. Seçki təqviminə əsasən, 22 avqust - 14 Sentyabr tarixləri arasında seçici qeydiyyatı, 30 Avqust - 17 Sentyabr tarixləri arasında isə qadın və kişi namizədlərin müraciətləri alınacaq. Yekun namizəd siyahısının 29 noyabrda elan edilməsindən sonra dekabrın 10-na qədər namizədlər seçki kampaniyalarını apara biləcəklər. Xalq 12 dekabr 2015-ci ildə bələdiyyə seçkiləri üçün səsvermə hüququndan istifadə etmək məqsədilə sandıq başına gedəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə