İsrail Suriyaya hücum edib 4 ölü

İsrail Suriyaya hücum edib 4 ölü

İsrail Baş naziri Binyamin Netanyahu ordunun dünən ölkəsinə raket atılmasına icazə verən Suriya qüvvələrini hədəf aldığını bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Netanyahu yayınladığı açıqlamada bunları deyib: "Vəziyyəti gərginləşdirmək niyyətimiz yoxdur. Ancaq siyasətimiz də dəyişməyəcək. Bizə hücum edənləri vuracağımızı demişdim. Elə bunu da etdik".

Raketlərin atılmasında İranı da günahlandıran Netanyahu sözlərinə bunları da əlavə edib: "İranı yanlarında görməkdə tələsən ölkələr, İranın sahə komandirinin İsrailə raket atan və hücum əməliyyatlarına rəhbərlik edən şəxs olduğunu bilməlidir".

Qeyd edək ki, İsrail ordusu dünən Suriya ərazisindən İsrailə atılan əldəqayırma raketlərə cavab olaraq təşkil etdiyi hava hücumunda 4 nəfəri öldürdüyünü ifadə etmişdi. Suriyadan atılan 4 raketin İsrailin şimalı və İsrail işğalı altındakı Golan Təpələrinə düşdüyü qeyd edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə