Daha bir dini qarşıdurma 10 ölü, 5 yaralı

Daha bir dini qarşıdurma 10 ölü, 5 yaralı

Orta Afrikada Cümhuriyyətində xristianlarla müsəlmanlar arasında çıxan atışmada 10 nəfər həyatını itirib. SİA-nın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, bölgənin polis məmuru bildirib ki, hadisəyə səbəb xristian qrupu "Anti Balaka" üzvlərinin bir nəfər müsəlmanı öldürməsi olub. Bu hadisə müsəlmanlarda etiraz yaradıb. Nəticədə iki qrup arasında atışma baş verib, 10 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qeyd edək ki, Orta Afrika Cümhuriyyətində uzun illər boyu davam edən dini mübarizə müsəlman "Saleka" və xristian "Anti Balake" qrupları arasında gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə