İŞİD-ə ağır zərbə əl-Xəyali öldürülüb

İŞİD-ə ağır zərbə əl-Xəyali öldürülüb

Ağ Ev terror təşkilatı İŞİD-də ikinci şəxs olaraq tanınan Fadıl Ahmet əl-Xəyalinin öldürüldüyünü açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ned Prayz yazılı açıqlamasında "Hacı Mutaz" olaraq da bilinən Xəyalinin 18 Avqust tarixində İraqın Mosul şəhəri yaxınlığına səyahəti zamanı ABŞ-ın hava hücumu nəticəsində öldürüldüyü bildirilib. Xəyalinin yanında İŞİD-in media operatoru Abu Abdullahın da olduğunu ifadə edilir. Prayz, böyük diametrdəki silahlar, partlayıcı vasitələrlə ordu təşkilatçılarının İraq və Suriyadakı yer dəyişməsini koordinasiya edən Xəyalinin İŞİD-in lideri Əbu Bəkir əl-Bağdadinin sağ əli və böyük dəstəkçisi olduğunu qeyd edib. ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Xəyalinin öldürülməsinin İŞİD-in əməliyyatlarına mənfi təsir edəcəyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə