Rotterdamda plastik yollar salınacaq

Yeni yol örtüyünün modulları emal edilmiş plastik butulkalardan hazırlanacaq
Rotterdamda plastik yollar salınacaq

Niderlandın "LEGO" şirkəti yaxın illərdə Rotterdam şəhərində konstruktor prinsipi üzrə yığılan plastik yolların inşasını planlaşdırır. Yeni yol örtüyünün modulları emal edilmiş plastik butulkalardan hazırlanacaq.

Plastik yol örtüyü ənənəvi asfalt örtüyündən fərqli olaraq daha az qulluq tələb edir və daha ekstremal hərarətə -40-dan +80 dərəcəyədək davam gətirə bilir.

Bundan əlavə, plastmas yolların tikintisinə aylar deyil, həftələr sərf olunacaq. Layihə həm də dünyada ekoloji vəziyyətin yaxşılaşdırılmasına mühüm töhfə hesab oluna bilər.

Plastik örtüyün çəkisi yüngüldür ki, bu da torpağın üzərinə daha az ağırlığın düşməsi deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə