Bu hava limanı günəş enerjisi ilə işləyir

Bu hava limanı günəş enerjisi ilə işləyir

Dünyanın bütövlükdə günəş enerjisi ilə işləyən ilk hava limanı Hindistanın şimal-qərbindəki Kerala əyalətinin Koçi bölgəsində açılıb. Əyalətin ən geniş və sərnişin sıxlığı daha çox olan hava limanı kimi Koçi dünyada enerjisini tamamilə günəş vasitəsilə təmin edən ilk hava limanı statusuna sahib çıxıb.

Beynəlxalq Koçi hava limanı bu layihə ilə gündəlik ehtiyacı olan 48 min vahid enerjini, sahəyə daha əvvəlcədən qurulmuş 1,10 meqavatlıq günəş elektrik stansiyası köməyi ilə təmin edə biləcək. Bu stansiya hava limanının yük bölməsinin yanındakı təxminən 200 min kvadrat metrlik sahədə yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə