Almaniya Yunanıstanı xilasmı edir?

Almaniya Yunanıstanı xilasmı edir?

Xəbər verildiyi kimi, bu həftə Almaniya bundestaqı müflisləşmə həddində olan Yunanıstana ümumi məbləği 86 milyard avro olan iri beynəlxalq maliyyə yardımı paketi ayrılması planını bəyənib. Həmin proqrama əsasən xüsusi fond yaradılması nəzərdə tutulur. Yunanıstan hökuməti bu fondun vəsaitlərindən istifadə etməklə özünün Avropa Mərkəzi Bankı qarşısında qısamüddətli öhdəliklərini ödəyə biləcəkdir.

Afinanın xilas edilməsi planına əsasən, bu məbləğin bir neçə tranş şəklində ayrılması nəzərdə tutulur. Avrozona ölkələrinin maliyyə nazirləri 26 milyard avro həcmində birinci tranşın ayrılması təklifini bəyəniblər. Birinci tranşdan təqribən 10 milyard avro hazırda faciəli vəziyyətdə olan Yunanıstan banklarının sanasiyasına yönəldiləcək. Beləliklə, ölkənin bank sistemini sabitləşdirmək və bu il iyun ayında Yunanıstan hökuməti tərəfindən kapitalın hərəkətinə qoyulmuş məhdudiyyətləri aradan qaldırmaq planlaşdırılır.

Yunanıstan iqtisadiyyatının yenidən davamlı inkişaf yoluna qayıda bilməsi üçün bank sisteminin sağlamlaşdırılması zəruridir. Yalnız bu yolla hazırda ölkədə çox yüksək səviyyədə (təqribən 25 faiz) olan işsizliyi aradan qaldırmaq və borc yükünü azaltmaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə